Toy etməyə PUL TAPMAYAN futbolçu BU GÜN - EVLƏNİR
“Keşlə” klubunun qapıçısı Orxan Sadıqlı evlənir. “Qafqazinfo” xəbər verir ki, 24 yaşlı oyunçunun toyu bu gün olacaq. Orxan toyu ilə bağlı bir neçə ay öncə maraqlı açıqlama vermişdi. Sadıqlı "Keşlə"dən maaşlarını vaxtında ala bilmədiyi üçün toyunu təxirə saldığını deyərək gündəmə gəlmişdi. Hətta futbolçu bildirmişdi ki, toyunu etmək üçün başqa iş axtarır.