AFFA-nın baş katibindən növbəti saхtakarlıq
Fanat.az-ın əldə etdiyi məlumata görə, AFFA-dan maliyyələşən klublarda bu günlərdə vəziyyət daha da gərginləşib. Belə ki, artıq həmin I divizion təmsilçiləri 3 aydı futbolçularınra maaş verə bilmir. Bunun səbəbi isə ayrılan maliyyənin kluba ödənməməsidi. Daha doğrusu, vəsait SOCAR-dan AFFA-nın hesabına köçürülsə də, Elxan Məmmədov komandalara qara qəpik də görsətmir.
Bunun nəticəsində AFFA-nın hesabına maliyyələşən klublar maaşa həsrət qalıblar. Klub rəhbərlərinin də ağzı məcburi olaraq yumulur. Baş katibin hədəsindən çəkinən və alacaqları qəpik-quruşdan da məhrum olacağından qorxan klub rəhbərlərinə təzyiqlər onların fəryad salmalarını əngəlləyir.
Hazırda klular da çıxılmaz vəziyyətdə qalıblar. Pulsuz qalan komandalardan Fanat.az-a verilən məlumata görə, ikinci dövrənin başlamasına bir həftədən az müddət qalsa da, qeyri-müəyənlik davam edir. Çünki komandaların çoxunda futbolçular da meydana çıxmaq isətmirlər. Belə davam etsə, çox güman I divizionda üsyan qalxacaq.