RƏŞAD SADIQOV “QARABAĞ”dan getdi

Rəşad Sadıqov “Qarabağ”dan getdi

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov klubun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Publika.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olan Sadıqov bu qərarı işlərinin çoxluğu ilə əlaqədar qəbul edib.

“Qarabağ”ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında cari mövsümdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasında ikinci yeri tutub. Ötən mövsüm isə qızıl medallara sahib çıxıb.






Fikirlər