Reynaldodan gözlənilməz açıqlamalar: "Şahruddin istedadsız, Rəşad Sadıqov tənbəldir"
"Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Silva komanda yoldaşları haqda maraqlı açıqlamalar verib. Ölkə.Az-ın məlumatına görə, "Favorit" verilişinin qonağı olan forvard "ən istedadsız qapıçı" nominasiyasına Şahruddin Maqomadaliyevi layiq görüb: "Onun "Sumqayıt"da çıxış etdiyi vaxtlar yadımdadır. Şahruddin qapıda olanda sevinirdim ki, bu gün ona qol vuracağam". "Sambaçı" Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqova da "ilişib": "İndi onun haqqında danışsam, məni öldürəcək. Ancaq kapitanımız Rəşad Sadıqov çox tənbəl futbolçudur. Əla oyunçu və kapitan olmasına rəğmən tənbəldir. Gördüyüm ən yaxşı məşqçi isə Qurban Qurbanovdur. O, futbolçudan hər şeyin ən yaxşısını tələb edir". Xatırladaq ki, Reynaldo Silva dörd mövsümdür ki, "Qarabağ"da çıxış edir.