Rəşad Sadıqov ÖZÜNƏ xaricdən KÖMƏKÇİ GÖTÜRDÜ
21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri müəyyənləşib. Qol.az-ın “sportal.bg” saytına istinadən yaydığı xəbərə görə, bolqarıstanlı Vladislav Yanuş U-21-in məşqçilər korpusunda yer alacaq. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub. Qeyd edək ki, Yanuş milli komandalarda çalışan ikinci bolqar mütəxəssis olacaq. Ondan əvvəl Qurban Qurbanovun “Qarabağ”dakı köməkçisi Çudomir Çakarov əsas milliyə təyinat alıb. Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində “Lokomotiv” (Plovdiv) və “Beroe” klublarında çalışıb. Son illərdə “Vereya” və “Liteks” klublarında Jivko Jelevin köməkçisi işləyib. Qeyd edək ki, Aftandil Hacıyev və Faiq Əzizovun da Rəşad Sadıqovun köməkçisi olacağı gözlənilir.