"Neftçi"nin futbolçusundan qeyri-etik hərəkət..
Belə ki, "Neftçi"nin futbolçusu Julius Vobay qarşılaşma zamanı azarkeşlərə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirərək qeyri-etik hərəkət edib.
Onun bu hərəkətinə hakim heç bir reaksiya göstərməyib. Daha doğrusu oyunu idarə edən hakimin həmin epizodu görüb-görmədiyi məlum deyil.
"Simurq"un mətbuat xidməti Rüstəm Allahverdiyev açıqlamasında Julius Vobayın qeyri-etik jest etdiyini təsdiqlədi.
Onun sözlərinə görə, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib:
"Neftçi"nin futbolçusunun qeyri-etik hərəkəti ilə bağlı qarşılaşmanın inpektoruna məlumat verildi".
Qeyd edək ki, qarşılaşma "Neftçi"nin minimal hesablı qələbəsi ilə başa çatıb. (anspress)