“Bavariya” tarixinin rekord qazancını əldə edib

Almaniyanın “Bavariya” klubu 2018/19 mövsümünün yekun hesabatını açıqlayıb.

 

APA-nın məlumatına görə, Münhen təmsilçisi rekord məbləğdə qazanc əldə edib.

Mövsüm ərzində klubun dövriyyəsi 750,5 milyon avro təşkil edib. Bu da klub tarixinin yeni rekordudur. Rəqəmin bu həddə çatması bahalı sponsor müqavilələri, teleyayım və ev matçlarındakı gəlir sayəsində mümkün olub.

“Bavariya”nın təmiz qazancı isə 52,5 milyon avroya bərabərdir. Bir il əvvəlki ilə müqayisədə rəqəm 78 faiz artıb.

Qeyd edək ki, münhenlilər ötən mövsüm Almaniya Bundesliqasının qalibi olub.






Fikirlər