“Neftçi”dən ayrılıb “Keşlə”yə KEÇDİ...
“Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. Paytaxt təmsilçisi müdafiəçi Tural Axundovla müqavilə imzalayıb. Karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda oynamış 32 yaşlı futbolçunun son klubu “Neftçi” olub. Qeyd edək ki, bu gün "Keşlə" 4 futbolçu - Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərli ilə müqaviləni uzadıb. Daha əvvəl Cabir Əmirli "Neftçi" ilə anlaşıb. Slavik Alxasov və Ruslan Qurbanovla başa çatan sözləşmə isə uzadılmayıb. /"Qafqazinfo"