Dünyanın gözü bu oyunda - 600 milyon tamaşaçı canlı izləyəcək
Bu gün azarkeşlər maraqlı futbol derbisinin şahidi olacaq. İspaniya çempionatının 12-ci turu çərçivəsində Madriddə “Real” “Barselona”nı qəbul edəcək. Katalon klubunun rəsmi saytı xəbər verir ki, Lionel Messi zədədən sonra bu görüşdə ilk matçına çıxa biləcək. Məlum olub ki, 28 yaşlı argentinalı ulduzun adı artıq iştirakçı ərizəsinə salınıb. Onun start heyətdə yer alıb-almayacağı isə hələ sual atındadır. İstənilən halda, bu qarşılaşma geniş seyirci auditoriyasını əhatə edir. Hesablamaya görə, altı yüz milyon insan iki nəhəng klubun görüşünü canlı izləyəcək. Eyni vaxtda 37 kamera ilə çəkilişi aparılacaq “El Klassiko” 170 müxtəlif ölkədə canlı yayımlanacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:15-də səslənəcək(azərtac).