Hafiz Məmmədov klubunu satır – 5 milyon avroya
Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın “Lans” klubunu satmaq üzrədir.“Report”un Fransa mətbuatına istinadən verdiyi məlumata görə, təklif belçikalı iş adamı Qreqori Make tərəfindən edilib.
Q.Make səhmlərin 75%-ni əldə etmək üçün 5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Belçikalı iş adamı gələn həftə H.Məmmədovdan rəsmi cavab gözləyəcəyini deyib.
“Lans”ın hazırkı prezidenti Jerve Martel isə məsələylə bağlı ötən həftə H.Məmmədovla görüşüb və klubun səhmlərini satmasını bildirib.
Qeyd edək ki, Hafiz Məmmədov “Bakı” klubunun prezidentidir.