Bu gün AZƏRBAYCANDA Bədən Tərbiyəsi və İDMAN GÜNÜDÜR
5 mart – Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. "Report" xəbər verir ki, bu tarix prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli sərəncamına əsasən qeyd olunur. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. AzerTaym.az