AZAD Rəhimov AGACAN Abıyev qarşıdurması - Nazir deputatın «ÇÖRƏK» ağacına əl qoyub

 

 
 

bitmap-img6


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Gənclər və İdman naziri ilə akademiyanın keçmiş rektoru, deputat Ağacan Abıyev arasında «didişmə alması»na çevrilib

 

Belə ki, Ağacan Abıyev deputat seçilməsi ilə əlaqədar olaraq rektor vəzifəsindən getdikdən sonra nazir Azad Rəhimov Akademiyaya əl qoyub. Bu isə nazir və deputat arasında münaqişəyə səbəb olub.
Qeyd edək ki, fevralın 4-də Gənclər və İdman naziri Azad Rəhimovun əmri ilə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilərək, rektorun müşaviri təyin edilib. Bildirək ki, Yusif Babnlı bundan öncəki rektor, hazırda millət vəkili olan Ağacan Abıyevin ən yaxına damlarından biri olub. 
Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbənin sözlərinə görə Gənclər və İdman nazirinin əsas məqsədi Ağacan Abıyevin Bədən Tərbiyəsi və İdman Akademiyasına nüfuz etmək imkanlarını məhdudlaşdırmaq olub. Belə ki, çox gənc yaşlarında professor olan Yusif Babanlı Ağacan Abıyevin akademiyadakı bütün işlərini, xüsusən də qaranlıq işlərini idarə edən şəxs kimi tanınıb. Elə bu üzdən də nazir Yusif Babanlını prorektor vəzifəsindən kənarlaşdıraraq, demək olar ki, bütün səlahiyyətlərindən məhrum edib. Yeni prorektorun isə məhz Azad Rəhimova xüsusi yaxın olan bir nəfərin gətiriləcəyi gözlənilir.
Təhsil ocağında verilən məlumata görə Yusif Babanlıya akademiyada Ağacan Abıyevin  "qara kasassı" deyilib. Belə ki, gənc professor Yusif Babanlı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsasən qabiliyyət imtahanlarına nəzarət edib. Mənbə bildirir ki, Bədən Tərbiyəsi və İdman Akademiyasında isə, qabiliyyət imtahanlarının necə keçirildiyi bu ölkədə hər kəsə məlumdur.  Bundan başqa gənc professorun semestr imtahanlarını da öz nəzarətində saxlayırmış. Yəni faktiki olaraq Yusif Babanlının akademiyada toplanan bütün rüşvət pullarına birbaşa nəzarət edirmiş. Elə bu üdən də Azad Rəhimova yaxın olan yeni rektor Fuad Hacıyevin Yusif Babanlının prorektor vəzifəsindən alınması ilə bağlı xahiş etdiyi bildirilir. 
Yusif Babanlı
Mənbə bildirir ki, Yusif Babanlının prorektor vəzifəsindən kənarlaşdırılması Ağacan Abıyevi çox vəziyyətdə qoyub. Deputat faktiki olaraq Bədən Tərbiyəsi və İdman Akademiyasına nüfuz etmək imkanlarını itirib. Bu isə deputatı özündən çıxarmaqla yanaşı, Yusif Babanlının karyerasına çox pis təsir edə bilər. Hazırda Ağacan Abıyevin yuxarılara ünvanladığı şikayətin nəticəsini gözləməkdə olduğu qeyd olunur. Lakin Ağacan Abıyevin yaranmış vəziyyətlə barışmaq istəmədiyi vurğulanır. 
Bildirək ki, prorektor vəzifəsindən uzaqlaşdırılan Yusif Babanlı Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, YAP Gənclər Birliyi İdarə Heyyətinin üzvüdür. Ən maraqlı məqamlardan biri isə Yusif Babanlının gənc yaşlarında profesor olmasııdr. Praktikada  ən azından 15-20 il elmi işlə məşğul olmaq  lazımdır ki, professor dərəcəsi alasan. Ancaq Yüsif Babanlı "ildırım" sürəti ilə birdən birə professor dərəcsinə necə alması barədə Azərbaycanın elmi dairələrində heç kimin xəbəri yoxdur. Xəbəri olanlar isə, Yusif Babanlının professor dərəcəsi almasının qaranlıq məqamlarının olduğunu qeyd edirlər. 
Qeyd edək ki, 2015-cil ildə keçirilən parlament seçkilərində Yusif Babanlı ciddi-cəhdlə depuatalığıa nazmiədliyini vermək və hakim partiyanın dəstəyini almaq istəməsi ilə bağlı mediada müxtəlif xəbərlər yazılmışdı. Bundan başqa hazırda Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rektor müşaviri işləyən Yusif Babanlının 3-4 xarici, qiyməti yüz min manatlarla ölçülən avtomobilləri və Bakıda obyektlərinin olduğu deyilir. 






Fikirlər