FATİH TERMİNƏ 9 MİLYON LİRƏ TƏZMİNAT ödənəcək
Türkiyəli məşqçi Fatih Terim ötən ilin 26 iyununda milli komandadan qovulduğu üçün Türkiyə Futbol Federasiyasını məhkəməyə vermişdi. AzerTaym.az xəbər verir ki, təcrübəli mütəxəssis federasiyadan bir illik maaşı olan 12 milyon 950 min lirəni (3,5 milyon avro) təzminat olaraq tələb edirdi.
Bu gün keçirilən məhkəmə prosesi Terimin lehinə nəticələnib. Belə ki, məhkəmənin qərarına əsasən ona 9 milyon 324 min lirə və əlavə olaraq faizləri də ödənəcək. (qafqazinfo.az)