“BAVARİYA” çətin Madrid SƏFƏRİNDƏ
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilir.
“AzerTaym” xəbər verir ki, “Real” səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Bavariya”nı öz meydanında qəbul edəcək.
İlk matçdakı hesaba görə İspaniya təmsilçisi üstün görünsə də, “Bavariya” finala çıxmaq üçün bütün imkanlarından istifadə etməyə çalışacaq.
1 may, saat 22:45
“Real” (İspaniya) – “Bavariya” (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)