"BANK Standart" HEYDƏR Babayevin əlindən çıxdı — EKSKLÜZİV
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus "Bank Standart"dakı böhran davam edir. Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bank artıq keçmiş nazirin əlindən çıxmaqdadır. Belə ki, bir müddət öncə Beynəlxalq Bankla birləşəcəyi gündəmə gəlsə də, dövlət bankı buna hazır olmadığını əsas gətirərək, dolayısıyla təklifdən imtina etmişdi. Qeyd edək ki, "Bank Standart" depozit məbləğinə görə Azərbaycanın ikinci bankı hesab olunur. Xatırladaq ki, keçmiş nazir bir müddət öncə Röyanın keçmiş qaynatası Çingiz Cəlilova məxsus "Çudo Peçka" dükanlarını girov götürmüşdü. Ancaq mətbuatda da qeyd edildiyi kimi, Cəlilov Babayevə olan borclarını ödəyərək dükanlar şəbəkəsini geri almağı bacarmışdı.