05.06.2014.- Nazirlikdən sürücülərlə bağlı YENİLİK

05.06.2014.- Nazirlikdən sürücülərlə bağlı YENİLİKQəza oldu-olmadı, Dövlət Nəqliyyat Departamenti hər gün monitorinqlər aparır”.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Modern.az-a açıqlamasında belə deyib. Son günlər ictimai nəqliyyatın, xüsusən avtobus qəzalarının sayının artmasını şərh edərkən o, qeyd edib:
“Qəzalar dünyanın bütün ölkələrində baş verir və qaçılmazdır. Kiçik ölkə olduğumuz üçün Azərbaycanda baş verən qəzalar daha tez diqqət çəkir”.

N. Həsənovun sözlərinə görə, monitorinqlər zamanı nəinki sürücülər, hətta sahibkarlar da cəzalandırılır.

”Hətta elə sahibkarlar olub ki, onların əlindən marşrut xətləri də alınıb. Çünki sürücünü işdən kənarlaşdırmaq kimi səlahiyyətimiz yoxdur. Bunu yalnız sahibkar edə bilər. Biz problemlə bağlı sahibkara tövsiyələr verə bilirik”.

Yeri gəlmişkən, nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə Bakıdakı avtobus sürücülərinə dair yeniliklər tətbiq olunacaq.

Belə ki, N.Həsənov sürücülərin sərnişinlərə qarşı kobud rəftarı ilə bağlı bildirib ki, hazırda ehtiyat sürücü bazası yaradılır.
“Bu yaxınlarda bütün avtobus sürücüləri müasir tələblərə cavab verən ümumi vahid formaya keçəcək. Bu sahədə işlər yekunlaşdırılır. Sürücülük bacarmayanlar, həmçinin, işini normal həyata keçirə bilməyən sahibkarlar xətdən yığışdırılacaq. Avtobuslarda təcrübəsi, mədəniyyəti olan sürücüləri görəcəksiniz. Bütün formalar artıq hazırdır.”






Fikirlər