Azərbaycanda benzin yenidən BAHALAŞDI
Ötən gecədən Azərbaycanda bəzi benzin markalarının qiyməti yenidən bahalaşıb. AzerTaym.az saytı xəbər verir ki, bahalaşma “Aİ-95 Premium" və “Aİ-98 Super" markalı benzin növləri ilə bağlıdır. SOCAR-dakı mənbələr qeyri-rəsmi olaraq bunu həmin markadan olan benzinin ölkəyə xaricdən idxal olunması və dolların bahalaşmasıyla əlaqələndiriblər. Azərbaycanda istehsal olunan "Aİ-92" markalı benzinin və dizel (L-62) yanacağının qiymətinin isə hələ ki dəyişməyəcəyi bildirilib. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir."Aİ-92" 0,70 AZN, L-62 isə 0,60 AZN-ə satılır. Xatırladaq ki, bu il yanvarın 13-də ölkəyə xaricdən idxal edilən "Aİ-95 Premium" markalı benzinin qiymətində artım baş vermişdi.
Bu gün "Aİ-95 Premium" markalı benzinin qiyməti 1,15 AZN, “Aİ-98 Super"inki isə 1.20 AZN-dir. Hər iki markadan olan benzin 10 qəpik bahalaşıb.