“Regionlara 39,5 milyard xərclənib” – PA-nın şöbə MÜDİRİ
2004-cü ildən indiyədək regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində 39,5 milyard manat vəsait xərclənib. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib. O bildirib ki, Prezidenti İlham Əliyev 2016-cı il ərzində respublikanın bölgələrinə 23 dəfə, bəzi rayonlara hətta iki dəfə səfər edərək 64 yeni obyektin açılışında iştirak edib.
S.İsmayılov qeyd edib ki, dövlət başçısı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar 2016-cı ildə 73 sərəncam imzalayıb, bu işlərin icrası üçün 204 milyon manatdan artıq vəsait sərf edilib.