“Rabitəbank”da yeni TƏYİNAT OLUB
“Rabitəbank” ASC-də yeni yaradılmış Baş informasiya inzibatçısı vəzifəsinə təyinat olub. AzerTaym.az “Report”-a istinadən xəbər verir ki, bu vəzifəyə Kənan Kərimov gətirilib. O, vaxtilə “Bank VTB (Azerbaijan)” ASC-də və “NAB Holding”də çalışıb. Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.