“Azər-Türk Bank”a yeni sədr gətirilir
“Azər-Türk Bank” ASC-nin rəhbərliyində dəyişiklik gözlənilir. “Report”un əldə etdiyi məlumata görə, Bankın İdarə Heyətinə (İH) rəhbərlik edən Fərhad Adıgözəlovun yerinə Xalid Əhədov təyin ediləcək. X.Əhədov vaxtilə hazırda ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub. Xatırladaq ki, “Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 50 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.