“Dövlət İnvestisiya Şirkəti” büdcənin milyonlarla vəsaitini necə mənimsəyib?-ARAŞDIRMA

Azərbaycan Beynəlxalq Bank olayı, habelə kommunla sektorunda fəaliyyəti göstərən dövlət şikətlərinin zərərlə işləməsi göstərir ki, dövlət təsərrüfat sektorundakı idaərəçilikdən geri çəkilib, özəl sektora həvalə etməlidir.

Əks halda, büdcədən bpyük pullar udam dövlət şirkətləri vergi ödəyiciləri üçün bir yükə çevrilir.  Belə şirkətlərdən biri də  “Azərbaycan İnvestisiya Şirkətinin” ASC-dir.

Sözügedən şirkətin yaradılması üçün Dövlət Neft Fondundan 2006-cı ildə 90 milyon manat vəsait ayrıldı.  2009-cu ildə isə nizamnamə kapitalını artırmaq üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu (investisiya) xərclərindən 70 milyon manat vəsait ayrılıb. Nizamnaməsinə əsasən Şirkətin nizamnamə kapitalı 160 milyon manat olmaqla, hər birinin nominal dəyəri 100 manat olan 1 600 000  ədəd adlı səhmdən ibarətdir.

Şirkətin investisiya fəaliyyətinin məqsədinə əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.

Dövlət Neft Fondunun məlumatına əsasən, şirkətin müəssisələrdəki səhmlərindən əldə olunan dividentlər isə dövlətin, yəni Dövlət Neft Fondunun hesabına mədaxil olacaqdır.

Bəs Neft Fonduna niyə divident ödənilmir?

Lakin İnvestisiya Şirkətinin yaradılmasından 11 il keçməsinə baxmayaraq, buradan Neft Fonduna hər hansı bir ödəniş həyata keçirməyib.  Bunun səbəbini Hesablama Palatasının ASC-də apardığını audit yoxlamalarının içində axtarmağa çalışdıq.  Üzə çıxan nəticələrədn bəlli olur ki, Şirkətin şəffaflığında ciddi problemlər var.

Hesablama Palatasının nəşr olunmuş bülletenində auditor Cəfər Həsənov  “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nın vəsaitlərinin formalaşması və istifadəsinin Təhlilinı təqdim edir. C.Həsənovun təhlili  2012-2015-ci illəri əhatə edir.

Auditora görə, dövriyyəsində vəsaitlərin kifayət qədər olmasına baxmayaraq, Şirkət 2014- 2015-ci illərdə səhmdar cəmiyyətlərə səhmlər və paylar üzrə investisiya qoyuluşu etməyib.

Qeyd edirik ki, Şirkətin nizamnaməsinə əsasən, onun illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesabatlarını təsdiq etmək, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividentlərin həcminin müəyyən edilməsi və ödənilməsi barədə qərar qəbul etmək Şirkətin Müşahidə Şurasının səlahiyyətlərinə aid edilib. Bununla belə, Şirkətin 2011-2015-ci illərdə əldə olunan mənfəətinin bölüşdürülməsi, dividentlərin həcminin müəyyən edilməsi ilə bağlı Müşahidə Şurasının qərarları olmayıb. 31 dekabr 2015- ci il tarixə Şirkətin bölüşdürülməmiş mənfəətinin qalığı 40,7 milyon manat təşkil edib.

Şirkət 2007-2015-ci il ərzində 11 müəssisəyə 88,6 milyon manat məbləğində investisiya qoyuluşu edərək, həmin səhmdar cəmiyyətlərdə iştirak payları əldə edib. (Cədvəl 1)

Auditə görə, investisiya edilmiş müəssisələr üzrə “Səba” ASC və “Holcim Azərbaycan” ASC istisna olmaqla, bütün dövrdə Şirkət tərəfindən faktiki olaraq divident gəlirləri əldə edilməyib.

Eyni zamanda strukturunda maliyyə-iqtisadi təhlil, investorlarla əlaqələr, hüquq-ekspertiza şöbələrinin olmasına və beynəlxalq məsləhətçilərin cəlb edilməsinə baxmayaraq, investisiya yatırılmış bəzi səhmdar cəmiyyətlər üzrə nəticələrin iqtisadi əsaslandırmalara uyğunluğu Şirkət tərəfindən təmin olunmayıb.

Xatırladaq ki, 1 yanvar 2016-cı il tarixə olan vəziyyətə görə, Şirkətin səhmdar cəmiyyətlərdə səhmlər və paylar üzrə vəsait qoyuluşları barədə məlumatları aşağıda Cədvəl 2-də göstərilib:

Səhmdar cəmiyyətlərdə Şirkətə məxsus səhmlərin satışından sonra 1 yanvar 2016-cı il tarixə olan vəziyyətə görə, Şirkətin 5 səhmdar cəmiyyətdə 58,8 milyon manat  məbləğdə səhmlər və paylar üzrə vəsait qoyuluşları mövcud olub ki, onlardan da yalnız “Səba” ASC tərəfindən dividentlər ödənilib.

“Texnikabank”da batan 6 milyon manat…. 

Auditor vurğulayır ki, şirkətin fəaliyyətinin səmərəsiz olması, iştirak paylarının (səhmlərin) satışlarının zərərlə başa vurulması, 8 illik fəaliyyəti nəticəsində pay qoyuluşları  üzrə əldə olunan dividentlər də daxil olmaqla, Dövlət Neft Fonduna heç bir vəsaitin köçürülməməsi, vəsaitlərin mövcud bazar qiymətlərinə uyğun  olmayan faizlərlə banklarda depozitə yerləşdirilməsi, qiymətli kağızların alınmasından 8 il ərzində gəlirlərin əldə edilməməsi və digər nöqsanlar Şirkətin sərbəst vəsaitlərin yerləşdirilməsində, investisiya paylarının (səhmlərinin) qiymətləndirilməsi və satışı sahəsində ciddi dönüş yaradılması məqsədilə əməli tədbirlərin həyata keçirilməsini şərtləndirir.

İnvestisiya qoyuluşu həyata keçirilən və müvafiq payları əldə edilən müəssisələrin  maliyyə vəziyyətləri, həmçinin sərmayə qoyuluşu həyata keçirilməmişdən əvvəl  aparılan araşdırma və təhlillərin özünü doğrultmadığını übut edir.

Payçıların zərərlə işləməsi bir yana, banklara yatırılan depoztilərlə bağlı çətinliklər yaranıb. Belə ki, “Texnikabank”a qoyulan 6 milyon manatlıq depoziti  batıb. Müəllif qeyd edir ki,  vəsait 2015-ci ildə  3 ay müddətinə illik 6%-lə qoyulsa da, indiyə kimi onun geri alınması təmin edilməyib.

Təqdim edilən məlumatlardan görünür ki, öz fəaliyyətində Şirkət yaradılmasının əsas məqsədlərinə (iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə) deyil, maliyyə resurslarının banklarda depozitə yerləşdirilməsinə üstünlük verib.gununsesi.info






Fikirlər