Daha bir şirkət Azərbaycan bazarını TƏRK EDİR

azercell-1

Azercell Telekom” MMC-nin səhmdarı olan “TeliaSonera Holding BV” bu ilin sonunadək Azərbaycan bazarını tərk etməyi planlaşdırır.

“APA-Economics” xəbər verir ki, bu barədə “Turkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu bildirib.

Onun sözlərinə görə, “TeliaSonera Holding BV”-nin Avrasiya regionundakı aktivlərini idarə edən “Fintur Holding BV” şirkətinin Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldova bazarlarını tərk etməsi prosesi davam edir və prosesin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Nizamnamə kapitalı 538 mln. dollar olan “Fintur Holding BV”-nin səhmlərinin 41,45%-i “Turkcell” şirkətinə, 58,55%-i isə “TeliaSonera” holdinqinə məxsusdur.

Qeyd edək ki, “TeliaSonera Holding BV”-nin Avrasiya regionundakı aktivləri “Fintur Holdings” tərəfindən idarə olunur. Söhbət “Azercell” (Azərbaycan), “GeoCell” (Gürcüstan), “KCell” (Qaxaxıstan), “MoldCell” (Moldova) kimi aktivlərdən gedir.

Bundan öncə “TeliaSonera Holding BV” bəyan edib ki, tədricən Avrasiya regionundakı iştirakını dayandıracaq. Şirkət “uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu” bildirib. Holdinq artıq Nepal və Özbəkistandakı aktivlərini satıb.

 






Fikirlər