Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatası haqqında” qanuna dəyişiklik haqqında məluuumat verilib.
Sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
İndiyək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi. Dəyişikliklə isə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərə biləcək.
Fikirlər