VALYUTA MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı 28 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan AzerTaym.az-a verilən məlumata görə, noyabrın 28-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2,0239 manat təşkil edir. 1 türk lirəsi 0,4350 manat, 1 rus rublu 0,0291 manat, 1 İran rialı 0,0043 manat, 1 gürcü larisi isə 0,6268 manatdır.