Dollar bu gün NEÇƏYƏDİR?
Azərbaycan Mərkəzi Bankı 6 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan AzerTaym-a verilən məlumata görə, noyabrın 6-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7003 manat təşkil edir.Manata nəzərən avronun məzənnəsi 1,9739 manat təşkil edir.1 türk lirəsi 0,4385 manat, 1 rus rublu 0,0288 manat, 1 İran rialı 0,0043 manat, 1 gürcü larisi isə 0,6496 manatdır.