"Kapital Bank" 500-dən ARTIQ TƏHSİL işçisini MÜKAFATLANDIRIB
"Kapital Bank" ASC təhsil işçiləri üçün "Payız fürsəti" adlı stimullaşdırıcı lotereyanın II tirajında da 255 təhsil işçisi müxtəlif pul mükafatları, 1 nəfər isə əsas hədiyyə - 3 000 manat qazanıb. AzerTaym.az Banka istinadən xəbər verir ki, şərtlərə görə, "Kapital Bank" kartları ilə məvacib alan təhsil işçiləri 2 oktyabr-30 noyabr tarixlərində Banka aid bankomatlarda mobil nömrələrini qeydiyyatdan keçirərək, avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirdilər. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. Qeyd edək ki, lotereuanın qaliblərinin tam siyahısı Bankın veb-saytında qeyd olunub.