Qaraçuxurda evlər metroya qurban gedir

Qaraçuxurda evlər metroya qurban gedir
Qaraçuxurda evlər metroya qurban gedir













Bakının Qaraçuxur qəsəbəsində yüzlərlə ev plana düşüb.

"AzerTaym.az" məlumat verir ki, Axar.az-ın yerli sakinlərdən əldə etdiyi xəbərdə metro tikintisinə görə xeyli sayda tikilinin söküləcəyi qeyd edilir. Sakinlərdən biri “Qaraçuxur” stansiyasının tikiləcəyi ərazinin xəritəsini layihə olaraq əldə edib və yaşayış evlərinin plana düşdüyü məlum olub. Metro tikintisindən əlavə, yaxınlıqda geniş bir park salınması da nəzərdə tutulub. O da öz növbəsində çoxlu tikilinin planda olması deməkdir.

Yeni stansiyanın 2016-cı ildə inşası planlaşdırılır.

Qeyd edək ki, yaxın 15 ildə Bakı Metropolitenində 53 yeni stansiyanın inşası nəzərdə tutulub. Bu, 84,3 kilometrlik xəttin çəkilməsi deməkdir. Bununla da Bakı metrosunda stansiyaların sayı 76-ya, metro xətlərinin uzunluğu isə 119 kilometrə çatacaq. Perspektivdə "Bakıxanov", "Qaraçuxur", "Yeni Günəşli", "Zığ", "Badamdar", "Bibiheybət", "Yeni Yasamal", "Binəqədi" və sair stansiyaların inşası nəzərdə tutulur.






Fikirlər