AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 2014-CÜ İLİ UĞURLA YEKUN VURULMUŞDUR HESABAT

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 2014-CÜ İLİ UĞURLA YEKUN VURULMUŞDUR HESABAT"AzerTaym.az" ARDDA-nın mətbuat xidmətinə istinadən məlumat verir ki,Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə” rəhbər tutularaq, dəniz nəqliyyatı sahəsində dövlət siyasəti və tənzimlənməsi istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Qeyd edilən müddət ərzində Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırmışdır. Administrasiya ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olmuş, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələrini genişləndirmişdir.
Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin Azərbaycan üzrə Fəaliyyət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında 2012-ci ilin 08 oktyabr tarixindən həyata keçirilməsinə başlanılan, əsas məqsədi dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılmasından, Avropa İttifaqı qanunvericiliyinin və Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi üzrə konvensiyalarının tələblərini yerinə yetirmək üçün Dövlət Dəniz Administrasiyasının potensialınının gücləndirilməsindən ibarət olan “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” cari ilin 07 oktyabr tarixində başa çatmışdır.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən qeyd edilən tvinninq layihəsi çərçivəsində Avropa İttifaqı təcrübəsi və qanunvericiliyi nəzərə alınmaqla hazırlanmış “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilməsi təmin edilmiş və qeyd olunan Qanun 18 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuşdur.
7 fəsil və 29 maddədən ibarət olan adıçəkilən Qanun Azərbaycan Respublikasının dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətlərin tənzimlənməsini, limanların inşası, açılması, bağlanması qaydalarını, limanlarda fəaliyyətin həyata keçirilməsini, o cümlədən xidmətlərin göstərilməsi, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edən normativ müddəaları özündə ehtiva edir.
Qanunda həmçinin, Azərbaycan Respublikasının Dəniz Limanları reyestri, limanlarda gəmi agentlərinin və liman kapitanlarının fəaliyyəti, liman üzrə məcburi qaydalar, limanda təhlükəsizliyin təmin edilməsi, liman infrastruktur obyektlərinin sahiblərinə dair əsas tələblər, limanda xidmət tarifləri və limanda yüklərin aşırılması üzrə xidmətlərin göstərilməsinin xüsusiyyətləri ilə əlaqədar müddəalar öz əksini tapmışdır.
Adıçəkilən Qanunda dəniz terminalı operatorunun məsuliyyətinin əsasları, təhlükəli yüklərin aşırılmasına dair tələblər, dəniz terminalının operatoru və daşıyıcılar arasında hüquq münasibətlərinin tənzimlənməsi, liman infrastrukturu obyektlərinin dövriyyəsinin məhdudlaşdırılması, liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin idarə edilməsi, həmçinin onların icarəyə və istifadəyə verilməsinin şərtləri kimi bir sıra mühüm münasibətləri tənzimləyən normalar da müəyyən olunmuşdur.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 2014-CÜ İLİ UĞURLA YEKUN VURULMUŞDUR HESABATAZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 2014-CÜ İLİ UĞURLA YEKUN VURULMUŞDUR HESABAT











Həmçinin bildirmək istərdik ki, Dövlət Dəniz Administrasiyası Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində qeyd edilən Tvinninq layihəsində əldə edilən uğurlu nəticələrin məntiqi davamı olaraq “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı yeni tvinninq layihəsinin Azərbaycan Respublikasında həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir və hal-hazırda Aİ-nin müvafiq qurumu tərəfindən qeyd edilən layihənin Respublikamızda həyata keçirilmə imkanları nəzərdən keçirilməkdədir.
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli, 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli, 161 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar olaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən hazırlanmış “Limanın və limanın infrastruktur obyektlərinin mühafizəsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 330 nömrəli Qərarı ilə təsdiq edilmiş və hal-hazırda “Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin icarəyə verilməsi ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin aparılması Qaydaları”nın, “Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikatın forması, qüvvədə olma müddəti, verilməsi və ləğv edilməsi Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın, “Limanlarda qanunsuz müdaxilə aktı zamanı təhlükəsizliyin təmin edilməsi Qaydaları”nın, “Limanda xidmətlərin göstərilməsi Qaydası”nın, “Dəniz terminalı operatoru tərəfindən realizə olunan yükün və ona görə hesablaşmaların uçotu Qaydaları”nın və “Gəmi agenti haqqında Əsasnamə”nin layihələrinin təsdiq edilməsi istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirilməkdədir.
Eyni zamanda, adıçəkilən Fərmanının 2-ci hissəsinin icrasının təmin olunması məqsədilə Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli Q/04 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 04 aprel 2013-cü il tarixli, Q/02 nömrəli Qərarında və Kollegiyanın 23 oktyabr 2014-cü il tarixli, Q/05 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 01 iyul 2013-cü tarixli, Q/06 nömrəli Qərar ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin heyət üzvlərinin siyahısının aparılması Qaydaları”nda müvafiq dəyişikliklər edilmişdir.

Bununla yanaşı, “Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713 IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 21 yanvar 2014-cü il tarixli Q/01 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 04 aprel tarixli Q/02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədinin və Dənizçinin Qeyd Kitabçasının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə və qeyd edilən Fərmanın 2-ci hissəsinin icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərə dair inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 04 aprel tarixli Q/02 nömrəli Qərarında müvafiq dəyişikliklər edilmişdir.
Həmçinin, qeyd edilən Kollegiya Qərarlarının Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli, 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASINDA 2014-CÜ İLİ UĞURLA YEKUN VURULMUŞDUR HESABAT Administrasiya öz fəaliyyətində çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlərə də xüsusi yer ayırmışdır.
Belə ki, cari ilin 14 iyul tarixində İtaliya Respublikasının Roma şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Saziş imzalanmış və adıçəkilən Saziş “Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 2014-cü il tarixli, 1020-IVQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Eyni zamanda, Dövlət Dəniz Administrasiyası Azərbaycan Respubikası Hökuməti və digər Dövlətlərin Hökumətləri arasında yaradılan Birgə Komissiyaların işində fəal iştirak etmişdir.

Hesabat dövründə Administrasiyanın internet saytı, eləcə də Elektron hökumət Portalı vasitəsilə elektron xidmətlərin göstərilməsi müntəzəm olaraq təmin edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2014-cü il 15 yanvar tarixli 1/1-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmələr aparılmışdır.
Aparılmış qiymətləndirmələrin nəticələrinə dair Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçi qrupunun 17 oktyabr 2014-cь il tarixli 4/6-37 nömrəli rəyinə əsasən Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən elektron xidmətlərin hər birinin göstərilmə səviyyəsi “yaxşı” qiymətləndirilmişdir.
Eyni zamanda, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində 2014-cü ildə aparılmış yoxlamaların Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi təmin edilmişdir.
Qeyd edilən dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq Administrasiyada çalışan dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində müvafiq zəruri tədbirlərin həyata keçirilməsi tam təmin edilmişdir.

Hesabat dövrü ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş 1 (bir) əməkdaş Dövlət Dəniz Administrasiyasının Ümumi sektorunun müdiri vəzifəsinə və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq müsahibədən keçmiş digər 1 (bir) əməkdaş isə Administrasiyanın Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr və konvensiyalar sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunmuşlar.
Bununla yanaşı, Dövlət Dəniz Administrasiyasında mövcud vakant vəzifələr 17 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqəyə çıxarılmış və qeyd edilən müsabiqədən 14 namizəd müvəffəqiyyətlə keçmişdir. Komissiya tərəfindən elan edilmiş müsabiqənin müsahibə mərhələsinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulur.
2014-cü il ərzində Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə uyğun olaraq, 111 gəmidə Dövlət liman nəzarəti və Dövlət Bayraq nəzarəti üzrə yoxlamalar aparılmışdır ki, qeyd edilən yoxlamaların da 74-ü Azərbaycan Respublikasının, 37-si isə xarici dövlətlərin bayraqları altında üzən gəmilərdə həyata keçirilmişdir.

Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, gəmi sənədlərinin, eləcə də dənizçilərə dənizçinin şəxsiyyət sənədinin və qeyd kitabçasının və müvafiq sertifikatların verilməsi işi yüksək səviyyədə icra edilmişdir.
Həmçinin qeyd edilən il ərzində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən gəmilərə 10000-dən çox hal üzrə naviqasiya yardımı göstərilmiş, gəmilərin hərəkətinin koordinasiya olunmasında yaxından iştirak edilmiş və gəmi sürücülüyü üçün hava şəraitinin münasib olmadığı vaxtlarda gəmilərə mənsubiyyətindən asılı olmayaraq təhlükəsiz lövbər dayanacağı və hərəkət marşrutu seçməyə yaxından köməklik göstərilmişdir.






Fikirlər