Azərbaycanda 8 MİNƏ BAL SATILIR - VİDEO
Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır. Balakənli arıçının düzəltdiyi özünəməxsus arı pətəklərinin belə qiymətli edən onların təbii vasitələrdən hazırlanmasıdır. Bal yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəklərindədir. Balakən rayon sakini İlqar Məmmədov 40 ildir ki, arıçılıqla məşğuldur. O, uşaq yaşlarından bu işin sirlərini öyrənməyə başlayıb. Bir arı pətəyi ilə başladığı arıçılıq sahəsini hazırda 70-dən artıq arı ailəsi ilə davam etdirir. O, həmişə standart yox, yeni formalı pətəklər düzəldib. Dülgərliyi də bacaran arıçı bütün arı pətəklərini özü hazırlayır. Öz arı məhsullarını müştərilərə fərqli formada təqdim etməyi xoşlayan arıçı yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəkləri düzəldib. Ərsəyə gətirdiyi maraqlı pətəklərin hər birində xüsusi məna olduğunu bildirir. Belə təbii pətəklərdə olan bal isə adilərdən xeyli baha qiymətə satılır. Kiloqramı 50-80 manat arasında alıcılara təklif olunur. Sadəcə ləçək formasında olan arı pətəyini almaq üçün bir maşının pulunu ödəmək lazımdır. Arıçı hər il təxminən 800 kiloqrama qədər bal istehsal edir ki, bunun da 500 kiloqramını süzülmüş, 300 kiloqramını isə şanı ilə satışa çıxarır. O, yeni ideyalarının olduğunu və gələcəkdə bunu gerçəkləşdirməyə çalışacağını deyir. (Xəzər Xəbər)