Ölkədəki neft böhranı MSK-nı da "vurub"? - Maaş problemi yaranıb
GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən yanvarın 12-dən fevralın 1-ə qədər olan siyahıyaalma üzrə işçilərin 20 günlük əmək haqları 25 günə yaxındır ki, verilmir. Məlumatlarda həmçinin bildirilir ki,Mərkəzi Seçki Komissiyasının Dairə Seçki Komissiyaları üzrə məntəqə seçki komissiyalarının əməkdaşlarının əmək haqlarının verilməməsində yerli icra hakimiyyəti orqanları günahkardır. Qeyri rəsmi informasiyalara görə MSK-nın müvafiq mühasibatlığı əmək haqları ilə bağlı smetaları müvəkkil bank olan Kapitalbanka verib. Lakin bank 20 gündən çoxdur ki, əmək haqlarını maaş kartlarına köçürmək istəmir.
Bununla belə saytımıza daxil olan informasiyaya görə Məntəqə Seçki Komissiyalarının əməkdaşlarının əmək haqqı üzrə bankomat kartları da 1 illik müddətinə etibarlıdır və fevral ayının sonunda, yəni 3 gündən sonra həmin kartların istifadə müddəti başa çatacaq. Əgər əmək haqlarının verilməsi mart ayına qədər yubansa, o zaman yeni bankomat kartlarının istehsalına ehtiyac yaranacaq ki, bu da əlavə xərclərin yaranmasına səbəb olacaq.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.