Azərbaycan nefti BAHALAŞIB
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 68,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,81 dollar/barel çoxdur. AzerTaym.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 67,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 15-də 63,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 15-də 65,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.