“EXPO-2025” BU ŞƏHƏRDƏ KEÇİRİLƏCƏK
“Expo-2025” ümumdünya sərgisinin keçiriləcəyi şəhərin adı açıqlanıb. AzerTaym.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Osaka şəhəri ilə Rusiyanın Yekaterinburq şəhəri arasında gedən mübarizədə birinci qalib olub. Səsvermə zamanı Osaka 59,35%, Yekaterinburq 39,35% səs toplayıb. Xatırladaq ki, Yekaterinburq “Expo-2020” üçün də namizədliyini irəli sürmüş, Dubaya uduzmuşdu. Qeyd edək ki, “Expo” 170-dən çox ölkənin iştirak etdiyi irimiqyaslı beynəlxalq sərgidir. Hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsindəki nailiyyətləri nümayiş etdirir.