Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 63,23 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,1 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 61,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 3-də 57,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,71 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 3-də 60,35 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,05 dollar/barel çoxdur.