İQTİSADİYYAT NAZİRLİYİNƏ DAHA BİR "SÜRPRİZ"...
"AzerTaym.az" bildirir ki,bu barədə ONA.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb. Ay ərzində düyünün, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yoqurtun, xamanın, kərə, qarğıdalı və zeytun yağlarının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, heyvanın, şabalıdın, kələmin, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin qiymətlərində bahalaşma olub. Mövsümü olaraq təlabatın azaldığı səbəbindən qarabaşaq yarmasının, təzə balığın, südün, yumurtanın, bananın, qozun, fındığın, göyərtinin, quru noxud və lobyanın, mərcinin qiymətlərində isə cuzi ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Statistik məlumatlar bir daha təsdiq edir, vətəndaşların gündəlik həyatında istifadə etdikləri məhsulların qiymətində ucuzlaşma baş vermir,əksnə olaraq bahalaşır.Yəni möhtəkirlər həmişə olduğu kimi öz "işlərini" görür. Bahalaşmanın fövqündə isə insanların yaşayış tərzi aşağı düşür. Bu vəziyyətin qarşısını almaq qiymətlərin marketlərdə, supermarketlərdə, topdansatış yerlərində manitorinqini aparmaq,eləcə də suni qiymət artımına yol verən ticarət obyektlərinin adını ictimailəşdirmək bir başa İqtisadiyyat Nazirliyi Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vəzifəsidir. Mövcud bahalaşmaya qarşı mübarizə aparmamaq isə haqlı narazılığa səbəb olur, İstehlakçıların İqtisadiyyat Nazirliyindən narazı düşməsinə əsas yaradır. Bu səbəbdən İqtisadiyyat Nazirliyi ciddi düşünməlidir,orada çalışan məsələyə məsul şəxslərdə arxayınçılıq yaranmamalıdır ki,Azərbaycan respublikasının prezidenti İlham Əliyev maaşları, pensiyaları, təqaüd və müavinətləri vaxtaşırı artırır,istehlakçılar üçün balanslaşma aparılır.Unutmayaq, "toplananların yeri dəyişəndə,cəm dəyişmir".Ərzaq məhsulları,içkilər və digər məmulatların qiyməti bahalaşıb
“2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7 faiz bahalaşıb”.