“GÜNAY Bank” “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına START VERDİ...

“Günay Bank” “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına start verdi

Günay Bank” “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına start verib.

"AzerTaym.az" -a qurumdan verilən məlumatda bildirilir ki, bank öz kartlarının qiymətini 20 % endirib.

Azərbaycan bankçılıq sistemində özünəməxsus inkişaf siyasətini həyata keçirən “Günay Bank” ASC kartlarla bağlı “Yay” kampaniyasını bitirməmiş vətəndaşlaırn tələbatını nəzərə alaraq yeni və endirim dolu “Sərfəli kart, qalmadı vaxt” kampaniyasına start verib.

Belə ki, “Günay Bank”-ın satış üçün təqdim etdiyi ödəniş kartlarının demək olar ki, hamısı – MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum kartları yalnız cari ilin sonuna qədər 20 faiz endirimlə əldə oluna bilər.

MasterCard Standard oldu  16 AZN

MasterCard Gold oldu  32 AZN

MasterCard Platinum oldu  56 AZN

 

“Günay Bank” davamlı olaraq yeni kampaniyalarını təqdim edəcək və bu kimi layihələrin icrasında vətəndaşların rifahını və maraqlarını nəzərə alacaq.






Fikirlər