“Azərenerji”nin özəlləşdirilməyə getməsi TƏKZİB olundu
“Azərenerji” ASC-nin tabeliyində olan elektrik stansiyalarının özəlləşdirilməyə getməsi və bununla bağlı hökumətlə səhmdar cəmiyyət arasında danışıqların yekunlaşması barədə məlumat yayılıb. Məlumata görə “Mingəçevirdəki “Azərbaycan” İES istisna olmaqla bütün stansiyalar mərhələli şəkildə özəlləşdiriləcək. Qurumun ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev açıqlamasında məlumatı təkzib edib: “Bu məlumat hardan alınıb və ya quraşdırılıb bilmirəm, belə bir şey yoxdur”.