“NAR” Naxçıvanda təqaüd proqramının qaliblərini TƏBRİK etdi

“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi

İnformasiya texnologiyaları sahəsinin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Nar” mobil operatoru, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib.

“AzerTaym.az" bildirir ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan,  xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd ayrılıb. 

“Azerfon”un Baş İcraçı direktoru Qunnar Panke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənc nəslin informasiya texnologiyaları sahəsinə marağının artması və karyeralarını bu yöndə qurmaları ölkədə ümumi ekosistemə, xüsusən də telekommunikasiya bazarının inkişafına öz müsbət təsirini göstərəcək.  

Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanda təhsil alan tələbələr üçün təqaüd proqramı təşkil edir. “Nar” KSM startegiyası çərçivəsində müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan şagird və tələbələrin maarifləndirilməsi, dünyagörüşünün artırılması və analitik düşüncə qabiliyyətinin inkişafı istiqamətində bir çox layihələrə imza atıb.

 

“Nar”ın KSM layihələri barədə daha ətraflı məlumatı nar.az  səhifəsindən əldə edə bilərsiniz. 






Fikirlər