Ölkədə qızıl-gümüş bazarında UCUZLAŞMA VAR...
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-in məlumatına görə, noyabrın 21-də qızılın qiyməti noyabrın 20-i ilə müqayisədə 4,131 manat azalaraq 1 unsiya üçün 2501,431 manat təşkil edib. Gümüş 0,0358 manat ucuzlaşaraq 1 unsiya üçün 29,1014 manata bərabər olub. Platinin qiyməti 13,09 manat artaraq 1557,71 manat, palladiumun qiyməti 15,198 manat artaraq 3011,703 manat təşkil edib.