“Ödənişli yolda qiymət vətəndaşlara uyğun olacaq”
“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya bizim tərəfimizdən Nazirlər Kabinetinə təqdim olunub”. “AzerTaym.az" bildirir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, ödənişli yollarda lazımi aparatların alınması tender vasitəsilə həyata keçiriləcək: “Biz dünya bazarına nəzər salırıq. Yolların ödənişli hissəsinə qoyulacaq turniketlərin qiyməti hansı şirkətdə daha uyğun olarsa, bizi qane edəcəksə, onlarla razılaşacağıq. Qiyməti Tarif Şurası müəyyən edəcək. Məlumat üçün bildirim ki, Ələt-Astara istiqamətində yeni salınmış magistral yol mövcud yoldan 39 km məsafəni qısaldır. Deyərdim ki, yol ödənişli olsa da, qiymət vətəndaşların büdcəsinə uyğun olacaq”.