2019-cu ildə Azərbaycan iqtisadiyyatının şəffaflığının artırılması və kölgə iqtisadiyyatının miqyasının azaldılması üçün ciddi addımlar atılıb. Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
İqtisadçı ekspert Azər Mehdiyev Sputnik Azərbaycan-a deyib ki, ilk növbədə kölgə iqtisadiyyatının nə olduğu sualına cavab verilməlidir:
"Hələ də kölgə iqtisadiyyatının nə olması və necə formalaşması haqqında suallara cavab verilmir. Kölgə iqtisadiyyatı ilə bağlı ümumi təsəvvürlər mövcuddur. Mübarizə aparılarkən kölgə iqtisadiyyatının miqyası və onun təzahür formaları müəyyənləşdirilməlidir. Azərbaycanda kölgə iqtisadiyyatının yaranmasının səbəbi məmur sahibkarlığıdır. Kölgə iqtisadiyyatının aradan qaldırılması üçün mübarizə tədbirləri məmur sahibkarlığına yönəldilməlidir”.
Fikirlər