Banklardan kreditlə məişət texnikası alanlara güzəşt olunacaqmı? (Millət vəkili)

Banklardan kreditlə məişət texnikası alanlara güzəşt olunacaqmı? (Millət vəkili)

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı deyib. Onun sözlərinə görə, kreditlə məişət texnikaları və avadanlıqları alan vətəndaşlarla bağlı Mərkəzi Banka təkliflər verilib:

"Bizim Mərkəzi Banka bununla bağlı təkliflərimiz var. Düşünürəm ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit borcu olan vətəndaşlara kommersiya bankları tərəfindən 3 ay müddətinə güzəştlərin verilməsi məqsədəuyğun olardı. 3 ay müddətində həmin vətəndaşlar üçün cərimənin və faizlərin hesablanması dayandırılsın. Nəzərə alsaq ki, Dünya Bankı tərəfindən belə güzəştin verilməsi ilə bağlı dünya ölkərinə müraciət olunub. Praktik olaraq ölkə bankları kompensasiyanın verilməsi məsələsini  müzakirə edir. Azərbaycanda da kompensasiyanın və banklar tərəfindən güzəştin verilməsi məqsədəuyğun olardı. Nəzərə alsaq ki, bir sıra sektorda iş fəaliyyətləri dayanıb. Banklar kommersiya qurumlarıdır və dövlət bu baxımdan banklara müdaxilə edə bilməz".
Vüqar Bayramov məsələ ilə bağlı Mərkəzi Banka təklıif irəli sürüb: 
 
"Biz təklif edirik ki, Mərkəzi Bank tərəfindən belə vətəndaşlara bir güzəştin verilməsi tövsiyyə olunsun. Yalnız bu qərardan sonra kommersiya bankları tərəfindən belə bir güzətin verilməsi reallaşa bilər. Belə bir güzəştin verilməsi krediti olan vətəndaşlar üçün çox vacibdir".






Fikirlər