“Bizi ucuz neft dövrü gözləyir, dözməliyik” – BƏDBİN PROQNOZ
Rusiyanın energetika naziri Aleksandr Novak yaxın dövrlərdə neft qiymətlərinin ucuz qalacağını düşünür. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazir “qara qızıl” bazarında qeyri-müəyyənlikdən danışıb. “Aydındır ki, situasiya müəyyənləşməyənə qədər bizi ucuz neft dövrü gözləyir. Buna dözməliyik. Əgər bu gün biz ucuzlaşmanın şahidi oluruqsa, bu o demək deyil ki, həmişə belə olacaq”- deyə nazir deyib. O, OPEK+ razılaşmasının qüvvəyə minməsindsən sonra daha aydın mənzərə ilə üzləşəcəklərini əlavə edib. “Artlıq mayda bəzi ölkələrin karantindən vaz keçəcəyini gözləyirik. Bu tələbatı artıracaq. Əsas OPEK+ razılaşmasının qüvvəyə minməsindən sonra yaranacaq vəziyyətdir”. "AzerTaym.az"