Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı PROQNOZ

“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov aprel ayına qədər dünya bazarlarında neftin qiymətinin balanslaşacağını deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Davos forumu çərçivəsində “Rus evi” sessiyasına qatılan Ələkbərov gələcəkdə OPEK-lə bu təşkilata daxil olmayan ölkələrin neft hasilatını məhdudlaşdıran razılaşmasından tədricən vaz keçilməli olduğunu da deyib.

Aprel ayına qədər neft ehtiyatları stabilləşəcək. Ümid edirəm ki, bütün neft razılaşmasının tərəfdarı olan ölkələr büdcələri formalaşdırmağa imkan verən neft qiymətlərinə nail ola biləcək”.

Geooloji kəşfiyyat işlərinə ayrılan vəsaitin azaldığını xatırladan Ələkbərov yaxın 3-5 ildə neft qiymətlərinin bahalaşacağını proqnozlaşdırıb.






Fikirlər