«Hasilatın azaldılması neftin qiymətini qaldıracaq» - Vahid Ələkbərov

vahid-e-300x217

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın «Lukoyl» şirkətinin prezidenti Vahid Ələkbərov bəyan edib ki, neft hasil edən ölkələrin əksəriyyətinin hasilatı azaltması xammalın qiymətinin yüksəlməsinə kömək edəcək.

«Biz, 2017-ci il üçün öz proqramımızı bir barrel üçün 40 dollardan ibarət hazırladıq və bizdə böyük əminlik var ki, neftin qiyməti 30 dollardan aşağı düşməyəcək. Əgər düşərsə, «pik» mərhələsində düşər. Mən hesab edirəm ki, 40-50 dollar arası, böyük ehtimalla, 50 dollardan bir qədər artıq. 2018-ci ildə isə – 60 dollar. Bu gün bir çox ölkələr, o cümlədən Meksika hasilatı demək olar, 10 faiz azaldır, Nigeriya, Anqola və biz Rusiyada neft hasilatının sabitləşməsi yoluna çıxdıq. Odur ki, bütün bunlar bazara öz təsirini göstərəcək. Biz, 2017-ci ilin sonu, 2018-ci ildə artıq hiss edəcəyik ki, defisit formalaşır».

Ələkbərov onu da əlavə edib ki, aksiz qiymətlərinin artması səbəbilə, Rusiyada yanacağın qiyməti də 12 faiz qalxa bilər.

 






Fikirlər