Vahid Ələkbərovdan neft proqnozu...

Vahid Ələkbərovdan neft proqnozu...Ortamüddətli perspektivdə neftin bir barelinin qiyməti 75 dolları keçəcək.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib.
“Neftin qiyməti 3-7 ili əhatə edəcək ortamüddətli perspektivdə 75-80 dollardan yuxarı olacaq”, deyə o qeyd edib.

Vahid Ələkbərovun sözlərinə görə, 2014-cü ildə neftin ucuzlaşmasında siyasət heç də əsas rolu oynamayıb. “Burada siyasət az rol oynayıb, daha çox texnoloji və iqtisadi proseslər olub. O proseslər ki, ABŞ ərazisində neft hasilatının həcmini artırmağa imkan yaratdı. İkincisi – OPEC ölkələrinin mövqeyi: onlar bazardakı paylarının azalmasını istəməyərək istehsalat həcmlərində dəyişikliklər etmək niyyətində olmadıqlarını bəyan etdilər. Bazarın 87 faizi OPEC ölkələri tərəfindən tənzimlənir, bu səbəbdən də dərhal reaksiya verildi”, deyə Vahid Ələkbərov vurğulayıb.

Lukoyl” rəhbəri yaxın illərdə ortamüddətli perspektiv üçün neftin qiymətini proqnozlaşdırmağa imkan verəcək balansın yaranacağını bildirib.
Bununla belə o OPEC ölkələrinin hasilat kvotalarının azaltmayacağında əmin olduğunu bildirib. “Lukoyl” rəhbəri bunu regiondakı mürəkkəb siyasi vəziyyətlə əlaqələndirib: “Bölgədəki indiki vəziyyətlə əlaqədar OPEC ölkələrinin böyük vəsaitlərə ehtiyacı var”.






Fikirlər