Ödədiyiniz ƏDV-ni geri alacaqsız

Ödədiyiniz ƏDV-ni geri alacaqsız

Artıq ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür. 

"Qafqazinfo" xəbər verir ki, qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.

Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq.

Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz.

Müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.

Hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər.

Bunu daha asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə alacağınız pulun həcmini müəyyənləşdirə bilərsiz.

 






Fikirlər