Varşavada Azərbaycan məhsulları SƏRGİLƏNƏCƏK...

Polşanın paytaxtındakı “Blue City” ticarət və sərgi mərkəzində regional ərzaqlar yarmarkası təşkil ediləcək.

 İyulun 22-dən 25-dək keçiriləcək yarmarkada Polşa istehsalı olan məhsullarla yanaşı, Azərbaycan çayları və şirniyyatları, habelə macar ət məhsulları, yunan zeytun və çaxırları, italyan pendirlərinin satış stendləri qurulacaq.

 Yarmarka əsasən Polşa regionlarının məhsullarına həsr olunsa da, alıcıların marağına səbəb olan xarici məhsullara da yer verilir. Azərbaycan çayları, şərabları, şirələri və şirniyyatları həmişə polşalıların ən çox aldıqları məhsullar sırasındadır.

 “Blue City”də təşkil olunan yarmarkalarda nəinki məhsulları almaq, həm də onların istehsalçıları ilə tanış olmaq, yerli ənənələr barədə məlumat almaq mümkündür.  
Modern.az
 






Fikirlər