Rusiyanın ən böyük özəl şirkəti – 101 min işçi, 7,8 trilyon gəlir, azərbaycanlı prezident

Rusiyanın 200 ən iri özəl şirkətinin adı açıqlanıb. Modern.az Rusiyanın “Forbes” jurnalına istinadən xəbər verir ki, ölkənin ən böyük şirkəti “Lukoyl” olub.

Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun 1993-cü ildə əsasını qoyduğu şirkət əsas göstəricilər üzrə liderdir. Belə ki, neft-qaz sektorunda fəaliyyət göstərən “Lukoyl” şirkətində 101 min 400 işçi çalışır. 2019-cu ildə şirkətin ümumi gəlirləri rekord 7,841 trilyon rubl təşkil edib.

 Rusiya neftinin 14,6%-ni hasil, 15,4% emal və 16,4%-nin kəşfiyyatını aparan şirkət daha 10 ölkədə fəaliyyət göstərir.

Dün ya neftinin 2%-ni çıxaran şirkət 8 neft emaklı zavodu və 6 qaz emalı zavoduna malikdir. Şirkət yaxın illərdə neft hasilatını 87 milyon tondan 100 milyon tona çatdırmağı planlaşdırır.

 Bundan başqa, şirkətin 19 ölkədə 5 044 yanacaqdoldurma məntəqəasi var. Son illər Vahid Ələkbərovun başçılıq etdiyi şirkət bərpa olunan elektrik enerjisinə maraq göstərir.






Fikirlər