"Azərbaycan və Ermənistan arasında bu gün qüvvəyə minmiş atəşkəs humanitar məqsədlidir, yəni müvəqqətidir. İki ölkənin informasiya savaşı isə davam edir”.
Bunu "Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.
Nazirlik rəsmisi bu barədə sentyabrın 27-dən ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin ləğvi imkanlarına münasibət bildirərkən danışıb.
"Bildiyimiz kimi, Azərbaycan ərazisində internet var, sadəcə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib. Hələ ki, məhdudiyyətin məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur, veriləcək istənilən qərar ictimaiyyətə mətbuat vasitəsilə açıqlanacaq", - deyə o, qeyd edib.
Fikirlər