Neft bahalaşır - 53,32 dollar oldu
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar artaraq 49,60 dollar təşkil edib.
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,27 dollar artaraq 53,32 dollar olub.